Azərbaycan prezidenti AŞPA sədri ilə görüzüb

img

10-10-2011 [07:12]


Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlunu qəbul edib. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd edən M. Çavuşoğlu bu ilin aprelində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, AŞPA-nın önəm verdiyi məsələlərlə bağlı tədbirlərin Azərbaycanda uğurla təşkil olunduğunu qeyd edib. Bakı Beynəlxalq Humanitar Forumunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir növ davamı olduğunu vurğulayan dövlət başçısı bu cür tədbirlərin Azərbaycanda keçirilməsinin artıq ənənə halı aldığını deyib. Prezident İ. Əliyev dəvəti qəbul edib Forumda iştirakına görə M. Çavuşoğluna təşəkkürünü bildirib. Görüşdə Azərbaycanla AŞPA arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA