Azərbaycanın təzəbbüsü ilə Serbiyada məscid, kilsə və mədəniyyət evinin təmir bərpa izlərinə bazlanılıb

img

08-10-2011 [07:50]


;rbaycanla Serbiya arasındakı münasibətlər son illər dinamik şəkildə və səmərəli inkişaf edərək, yeni müstəviyə- strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu ilk növbədə Azərbaycan və Serbiya Prezidentləri cənab İlham Əliyev və cənab Boris Tadiçin müstəsna rolunun nəticəsidir. 2010-cu ilin oktyabr ayında Azərbaycan dövləti öz qayğı və humanistliyini nümayiş etdirərək Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Serbiyada doğma yurd-yuvalarından didərgin düşmüş qaçqınlara, məcburi köçkünlərə və kimsəsiz uşaq evinə humanitar yardım göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 8-9 iyun tarixlərində Serbiya Respublikasına rəsmi səfəri zamanı bu ölkənin müsəlman icmasının nümayəndələri və müftisi Muhammed Yusifspahiç 2004-cü ildə Balkanlarda baş verən məlum hadisələr zamanı yandırılmış Belqrad şəhərindəki yeganə ?Bayraklı Cami? məscidinin bərpası və təmiri, həmçinin Voyevodina diyarında məskunlaşan məcburi köçkünlər və qaçqınlar, Novi Sad şəhərinin meri İqor Pavliçiç bölgədə məskunlaşan qaçqınların ibadəti üçün nəzərdə tutulmuş, lakin inşaatı yarımçıq qalmış ?Müqəddəs Petka? Kilsəsinin tikintisinin davam etdirilməsi, eyni zamanda Serbiyanın əhalisinin əksəriyyəti müsəlman olan Sancak bölgəsinin mərkəzi Novi Pazar şəhərinin müsəlman icmasının nümayəndələri və şəhər Meriyası Mədəniyyət Evinin təmir edilməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən yardım göstərilməsi barədə müraciətlər etmişlər. Azərbaycan Prezidentinin birbaşa göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərarlar qəbul etmiş və ?Bayraklı Cami? məscidi, ?Müqəddəs Petka? Kilsəsi və Novi Pazar şəhərinin Mədəniyyət Evində artıq intensiv inşaat, bərpa və təmir işlərinə başlanılmışdır. Azərbaycan hökumətinin bu nəcib, xeyirxah və humanist addımı dünyanın ən həssas bölgələrindən biri sayılan Balkan regionu ölkələrinin xalqları, ictimaiyyəti, ziyalıları, müxtəlif dinlərə, o cümlədən İslam və xristian dinlərinə mənsub olan insanlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu ölkəmizin mənəvi-dini dəyərlərə verdiyi önəm, bütün dinlərə və xalqlara olan tolerantlığının bariz nümunəsi kimi səciyyələndirilmişdir. Həmçinin Azərbaycan müsəlman, demokratik və dünyəvi ölkə olaraq, Balkan bölgəsində mövcud olan mürəkkəb mədəniyyətlər və dinlərarası dialoqa, barışığa və sülhə müsbət təsir göstərə bilən bir örnək ölkə və inkişaf modeli kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qəbul edilmiş bu humanist qərar mürəkkəb bir bölgədə yaşayan xalqlarla yanaşı, eyni zamanda Qərbi Balkan ölkələrində yaşayan həmvətənlərimizin də bir azərbaycanlı kimi sevincinə, iftixar və qüruruna səbəb olmuşdur. Xalqımızın, dövlətimizin beynəlxalq nüfuzuna xidmət edən, strateji dostluq və əməkdaşlığa, uzaqgörən siyasətə söykənən bu qərar haqqında məlumat, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi tərəfindən Serbiya və digər Balkan ölkələrinin KİV-nə yayıldıqdan, həmçinin əməli bərpa və inşaat işlərinə başlandıqdan sonra Səfirliyimizə və Belqrad şəhərindəki Balkan ölkələri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinə Azərbaycan dövlətinə, xalqına və onun Prezidenti İlham Əliyevə ünvanlanmış yüzlərlə minnətdarlıq məktubları daxil olmaqda davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA