Ərdoğanın anası vəfat etdi

img

07-10-2011 [12:37]


Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın anası Tənzilə Ərdoğan vəfat edib. Ərdoğanın anası uzun müddətdir müalicə alırdı. Tənzilə Ərdoğan keçən həftə öd kisəsindən əməliyyatı olunmuşdu. Anasının ölüm xəbərini alan kimi Baş nazir Ərdoğan, xəstəxanaya gedib. Baş nazir Cənubi Afrika ziyarətinə çıxmadan əvvəl öd kisəsi əməliyyatı keçirən anasını ziyarət etmiş, "anam yaxşıdır, amma dua edin. Daha yaxşı. Daha yaxşı olmasa, yola çıxmazdım. Bir neçə günə xəstəxanadan çıxacaq. Dua edin" demişdi. Ərdoğanın anası Tənzilə Ərdoğan sentyabrın 30-u qarın ağrısı və qızdırma şikayəti ilə xəstəxanaya müraciət etmişdi. İstanbul Medipol Xəstəxanasında Tənzilə Ərdoğan oktyabrın 1-i əməliyyat olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA