Elmar Məmmədyarov Belçika XiN rəsmisini qəbul edib

img

04-10-2011 [06:44]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığı Xarici İşlər Nazirliyinin İkitərəfli işlər üzrə Baş direktoru Qeert Muyllenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib, qonaqlara Azərbaycanın enerji strategiyası, regionda həyata keçirilən iqtisadi layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Görüşdə həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm strateji rolu vurğulanaraq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər, iqtisadi və enerji sahələri, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan ? Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə Belçikalı rəsmiyə ətraflı məlumat verilib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA