ALDP sədri israilin Azәrbaycandakı səfiri ilə görüzüb

img

04-10-2011 [03:50]


Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev İsrailin Azәrbaycandakı fövqəladə və səlahiyyətli sәfiri Mixael Lavon Lotemlә görüşüb. Görüşdə Azәrbaycan-İsrail əlaqələri, ölkәmizdәki ictimai-siyasi durum, Ermənistan-Azərbaycan münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsinin həlli perspektivləri müzakirə edilib. Fuad Əliyev Mixael Lavonu İsrail xalqının milli yeni il bayramı ? Roş-Ha-Şana münasibətilə təbrik edib, ona partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. İsrailin səfiri partiya sədrinin nəzərinə çatdırıb ki, rəsmi Təl-Əviv Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın milli maraqlarından çıxış edb və bundan sonra da beynəlxalq tribunalarda rəsmi Bakının haqq işini müdafiə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA