iran, Rusiya və çin NATO-ya qarzı birləzir

img

26-09-2011 [11:54]


İran, Rusiya və Çin NATO-ya qarşı birləşir. Bu üç ölkə birgə raket sistemi yaratmaq məqsədi ilə ciddi addımlar atmağa başlayıblar. İranın "Kayhan" qəzetinin qeyri-rəsmi qaynaqlara istinadən verdiyi xəbərə görə, İran, Rusiya və Çin arasında birgə raket sistemlərinin yaradılması üçün ciddi danışıqlar aparılır. Türkiyənin NATO-nun radar sistemlərinin ölkəsində quraşdırmasına razılıq verməsi, ABŞ-ın yeni sistemləri Cənubi Koreya və Tayvanda yerləşdirmək istəməsini Rusiya və Çin özləri üçün də böyük təhlükə bilirlər. Çinli və rusiyalı ekspertlər ABŞ və NATO-nun əsas hədəfinin onlar olduğunu, İran və Şimali Koreyadan gələn təhdidlərin sadəcə olaraq bir bəhanə olduğunu bildirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA