Ermənistan azərbaycanlı hərbi əsiri III ölkəyə təhvil verib

img

26-09-2011 [04:10]


Ermənistan BMT-nin qaçqınlar üzrə ali komissarının nümayəndəsinin ofisi və Beynəlxaq Miqrasiya Agentliyinin vaxtiçəliyi ilə azərbaycanlı hərbi əsir Roman Novruz oğlu Hüseynovu üçüncü ölkəyə təhvil verib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Hüseynov Azərbaycana qayıtmaqdan imtina edib və üçüncü ölkədən sığınacaq istəyib. Xatırladaq ki, Azərbaycan Ordusunun çavuşu 1985-ci il təvəllüdlü Roman Novruz oğlu Hüseynov 2002-ci ildə X sinfi bitirib, hərbi xidmətə yollanıb. 2004-cü ildə təxris olunaraq evə qayıdıb. Hərbi xidmətini başa vurduqdan sonra könullu sürətdə hərbçi olmaq üçün N saylı hərbi hissəyə yollanıb. Çavuşluq məktəbini qurtarandan sonra Daşkəsən rayonunda N saylı hərbi hissəyə göndərilib. Orada manqa komandiri kimi qulluq etməyə başlayıb. Sonuncu dəfə 2010-ci il avqustun 22-si səhər saatlarında Roman anası ilə danışıb. Sonra Roman Gəncədə yaşayan dostlarına zəng vurub. Aylıq maaşını almaq və yuyunmaq üçün Gəncəyə getmək istədiyini, onun ardınca gəlməsini xahiş edib. Onun ardınca gedən dostu avqustun 22-si axşama qədər onu gözləyib. Lakin hərbi hissədən Roman Hüseynovdan xəbər gəlməyib. Gecə isə hərbi hissədən Romanın itkin düşməsi ilə bağlı atasına zəng olunub. Roman Hüseynovun qohumları da onun könüllü olaraq erməni tərəfinə keçməsinin qeyri-mümkün olduğunu deyir. Onlar iddia edir ki, Roman xidmət etdiyi mövqeyə avqustun əvvəllərində təyin olunub. O ancaq həmin mövqedən hərbi hissəyə gələrkən yolda azaraq erməni tərəfinə gedib çıxa bilər. ?Mənim bir qardaşım 20 yanvar şəhididir. Roman həmişə mənə deyirdi, əmi fikir etmə, əmimin qisasını alacağam. Bu sözü deyən oğlan necə erməni tərəfinə keçə bilər? Bu mənə qaranlıq qalır?, - deyə Roman Hüseynovun əmisi Fehruz Hüseynov vaxtilə ANS-ə bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA