Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru məhkəmə zalından azadlığa buraxıldı

img

21-09-2011 [05:56]


Bakı Ağır Cinayətlər Məhkəməsində Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və kassir Nemət Həsənovun məhkəməsi başa çatıb. Təqsirləndirilən şəxslər Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Korrupsiya cinayətləri üzrə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulublar. İttihamda cinayət işi üzrə 61 nəfər zərərçəkmiş var. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən dəstəyə hökmü hakim Əhməd Quliyev oxuyub. Məhkəmənin hökmü ilə filialının rektoru Muğan Salahova 1, prorektor Ramazan Hüseynova 2 il və kassir Nemət Həsənova 2 il şərti cəza təyin edilib. Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru, prorektoru və mühasibi abituriyentləri ali məktəbə qanunsuz qəbul etdirməkdə təqsirləndiriliblər(gun.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA