Azərbaycan Xarici izlər Nazirliyi bəyanat yayıb

img

19-09-2011 [06:03]


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. XİN-in mətbuat xidmətindən daxil olan bəyanatda deyilir: ?Ərəb Dövlətləri Liqasının 13-15 sentyabr 2011-ci il tarixlərində keçirilmiş xarici işlər nazirlərinin 136-cı Şurasının iclasının gündəliyinə Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyinin ərəb dövlətləri tərəfindən dəstəklənməsi üçün bənd daxil edilib. Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin 136-cı Şurasının iclasında ərəb dövlətləri tərəfindən Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə dair qərar qəbul edilib. Bu qərar Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə inkişaf etməsinin göstəricisidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA