Universitet rektorunun müavininin meyiti tapıldı

img

16-09-2011 [11:48]


Bu gün səhər saatlarında Yasamal rayonu, Şərifzadə küçəsi 8-də, ATV telekanalının arxasındakı binada yaşayan Taryel Əhmədovun meyiti tapılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, mərhumun meyiti həmin ərazidəki idman meydançasından tapılıb. Hələlik ölümün səbəbi bilinməsə də, T.Əhmədovun turnikdən yıxılması və ya ürək tutmasından dünyasını dəyişməsi versiyaları irəli sürülür. Hazırda Bakı şəhər Baş Polis İdarəsinin, Yasamal RPİ-nin rəhbərliyi hadisə yerindədir. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. Yasamal RPİ-nin 28-ci polis bölməsindən ucnoqta.az-a verilən məlumata görə, meyitin baş nahiyyəsində xəsarət izləri aşkar olunub. Hazırda bununla bağlı araşdırma aparılır. Xəsarət yıxılma nəticəsində və ya küt alətlə vurulması barədə hər hansı konkret rəy verilmir. Qeyd edək ki, mərhum Taryel Əhmədov ?Təfəkkür? Universitetinin rektor müavini idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA