Azərbaycan XIN bəyanat verib

img

15-09-2011 [01:46]


Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi planlaşdırılan qondarma seçkilərlə bağlı bəyanat yayıb. XİN-in bəyanatında qeyd olunur ki, Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də ?yerli özünüidarəetmə orqanlarına? ?seçkilər? keçirmək nəzərdə tutulub. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejim Ermənistan tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur. Qondarma ?seçkilər? Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir. ?Azərbaycan Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz destruktiv addımlarını dayandırmağa və bunun əvəzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə davamlı nizama salınması üçün danışıqlar prosesində xoş niyyət və konstruktiv mövqe nümayiş etdirməyə çağırır?- deyə bəyanatda qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA