Hərbi hissədən iki əsgər qaçıb

img

13-09-2011 [10:43]


Müdafiə Nazirliyinin Tərtər rayonundakı N saylı hərbi hissənin iki əsgəri qaçıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Tərtər rayon polis şöbəsindən faktı təsdiqləyiblər. Polis şöbəsindən trendə bildiriblər ki, Şəmkir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu və Bakı şəhəri Xətai rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Hüseyn Ramazanov bu gün səhər saat 6-7 radələrində hərbi hissəni özbaşına tərk ediblər. Ramazanovun hərbi hissəni tərk edərkən xidməti silahını da özü ilə apardığı bildirilir. Onların tutulması üçün Tərtər və ətraf rayonlarda postlar qurulub. Faktla bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA