Lənkəran sakininin doğranmız meyiti qardazı evində tapıldı

img

08-09-2011 [11:34]


Lənkəran şəhər sakininin qardaşının evində qan içərisində meyiti tapılıb. Rayon Prokurorluğundan verilən məlumata görə, sentyabrın 7-də axşam saatlarında 56 yaşlı Bahadur Quliyevin meyiti aşkar edilib. Meyitin sol bilək nahiyyəsində venaları doğranmış vəziyyətdə olub. Mərhumun sağ əlində ülgücün olması onun özünü öldürməsini sübut edib. Belə ki, venalarını doğrayan B.Quliyev qanitirmədən dünyasını dəyişib. Mərhum B.Quliyev dünən axşam saatlarında yoxa çıxıbmış. Ailə üzvləri onu axtardıqdan sonra qardaşına məxsus yaşayış olmayan evə də baş çəkiblər. Saat 23 radələrində onun meyitini elə qardaşının evində tapıblar. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA