Bakıda dəhzətli qəza: 4 ölü, 6 yaralı

img

08-09-2011 [10:04]


Ötən gecə Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. İki ?VAZ 2106? markalı minik avtomobillərinin toqquşması nəticəsində baş vermiş qəzada 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Məlumata görə, 59 yaşlı Musayev Yolçu Məhəmməd oğlunun idarə etdiyi avtomobil yolun əks istiqamətində hərəkət edən 25 yaşlı Əliyev Elsevər Fəxrəddin oğlunun idarə etdiyi maşınla toqquşub. Qeyd edək ki, Musayevlər ailəsi toydan qayıdırmış və onların avtomobilində sürücüdən başqa 7 sərnişin olub. Hər iki avtomobilin sürücüsü Musayev Yolçu və Əliyev Elsevər qəza vaxtı həyatını itirib. Y. Musayevin 30 yaşlı oğlu İbadət və 35 yaşlı qızı Fatma Musayevlər çatdırıldıqları 3 saylı şəhər klinik xəstəxanasında aldıqları xəsarət nəticəsində vəfat ediblər. Avtomobildə olan sərnişinlər 46 yaşlı Fəridə, 45 yaşlı Abuzər, 29 yaşlı Xeyransa, 6 yaşlı Rüfət və 4 yaşlı Rəşad Musayevlər, habelə digər avtomobildə olan sərnişin 22 yaşlı Əliyeva Gülnarə Fəxrəddin qızı aldıqları xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər. Qeyd edək ki, azyaşlılar vəfat edən İbadət Musayevlə xəsarət alan Xeyransa Musayevanın övladlarıdır. Faktla bağlı cinayət işi başlanıb və Sabunçu rayon polis idarəsinin əməkdaşları qəzanın səbəblərini araşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA