Bakının mərkəzində restoranda qanlı dava

img

01-09-2011 [01:28]


Bakı şəhərindəki kafedə baş verən dava qanlı sonluqla nəticələnib. Hadisə Nəsimi rayonu ərazisində yerləşən "Göygöl" kafesində qeydə alınıb. Kafenin müştərisi olan 29 yaşlı Vüsal Zərbəliyev yemək yeyən zaman qonşu masada olan şəxslərlə mübahisə edib. Bu zaman həmin şəxslər masadan qalxaraq V.Zərbəliyevin üstünə cumublar. Dava zamanı V.Zərbəliyev bıçaq xəsarəti alıb. Qan töküb hadisə yerindən qaçan şəxslər qısa zamanda tutulublar. Bunlar 25 yaşlı Nicat Əliyev və 27 yaşlı Kənan Kərimovdur. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən milli.az-a bildirilib ki, qanlı hadisəyə münaqişə səbəb olub. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq (221.3-cü) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA