Azərbaycan Fransaya nota verib

img

23-08-2011 [02:30]


Azərbaycanın Fransadakı səfirliyi rəsmi Parisin Xarici siyasət idarəsinə fransız deputatların Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər etməsinə etiraz əlaməti olaraq nota təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin birinci katibi Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, nota vasitəsilə Fransa XİN-dən fransız deputatların Dağlıq Qarabağa səfəri ilə bağlı izahat tələb edilib. Qeyd edək ki, erməni KİV-lərinin məlumatına görə, iki gün öncə bir qrup fransız parlamentari Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edib. Fransız deputatlar Dağlıq Qarabağda bir sıra görüşlər keçiriblər, qondarma qurumun nümayəndələrilə söhbətlər aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA