Bakıda iki avtobus toqquzdu: 8 yaralı var

img

23-08-2011 [12:05]


Bu gün Bakıda sərnişindaşıma ilə məşğul olan iki avtobus toqqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza bu gün səhər saat 10:00 radələrində Binəqədi rayonunun ərazisində qeydə alınıb. Rəlulzadə qəsəbəsindən Binəqədi qəsəbəsinə doğru hərəkət edən ?Otoyol? markalı 145 saylı marşrut avtobusu əks istiqamətdə gələn eyni markalı 165 saylı marşrut avtobusu ilə toqquşub. Hər iki avtobus deformasiyaya uğrayaraq yararsız hala düşüb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan biri Travmotologiya, 7 nəfəri isə Kliniki Tibbi Mərkəzə aparılıb. Hazırda onlara diaqnoz qoyulur. Hadisə zamanı ölən olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA