Heydər Əliyev adına mədəniyyət və istirahət parkından oğurluq

img

22-08-2011 [12:42]


Quba rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkından oğurluq edilib. Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda təqsirli bilinən iki nəfər saxlanılıb. Quba Rayon Polis Şöbəsinin baş müstəntiqi Rövşən Turabovun verdiyi məlumata görə, hadisədə təqsirli bilinən Quba şəhər sakini 1973-cü il təvəllüdlü Pərviz İsmayılov və Qusar rayon sakini 1976-cı il təvəllüdlü Rüstəm Əsədov qabaqcadan əlbir olaraq park ərazisindən ümumi dəyəri 2000 manat olan 150 metr uzunluğunda xüsusi qablaşdırılmış mis kabeli oğurlayıblar. Daha sonra onlar oğurladıqları mis kabeli Quba şəhərində 259 manata satıblar. Faktla bağlı oğurluq maddələri ilə cinayət işi açılıb, rayon polisi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA