12 yazlı oğlan özünü asdı

img

17-08-2011 [01:10]


Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib. Bu barədə rayon Prokurorluğundan bildirilib. Hadisə avqustun 12-də Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb. Orada yaşayan, 1999-cu il təvəllüdlü Ömər Namiq oğlu Nuriyev özünü asıb. Ailə üzvləri tərəfindən dərhal xəstəxanaya çatdırılan Ö.Nuriyev avqustun 16-da orada dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Onun orta məktəb şagirdi olduğu bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA