ABŞ Konqresi aparatının nümayəndə heyəti Azərbaycanda səfərdədir

img

16-08-2011 [12:45]


ABŞ Konqresi aparatının üzvlərindən və konqresmenlərin köməkçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Konqresin nümayəndələri Milli Məclisdə və digər dövlət strukturlarında bir sıra görüşlər keçirəcəklər. Görüşlər zamanı iki ölkənin qanunvericilik orqanlarının vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycanla ABŞ arasında siyasi əlaqələr və iqtisadi ticarət əlaqələri müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA