17 saylı CCM-də bazçəkmə-monitorinq keçirilib

img

12-08-2011 [05:22]


Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə Ictimai Komitənin üzvləri Zəlihə Tahirova və Şahin Camalov 17 saylı cəzaçəkmə müəssisəsində növbəti başçəkmə-monitorinq keçiriblər. Monitorinqdə ekspert qismində Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov iştirak edib. Qarışıq tipli bu cəzaçəkmə müəssisəsində vərəmdən müalicə olunmuş 839 məhkum cəza çəkir. Başçəkmə-monitorinq çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Eyni zamanda məhkumlarla görüşlər keçirilib və onlara hüquqi yardım göstərilib. Monitorinqin nəticələri ilə bağlı qeyd edlib ki, bu cəzaçəkmə müəssisəsi köhnə sovet cəzaçəkmə müəssisəsinin sənaye zonasında tikilib. Cəzaçəkmə müəssisəsində obyektləri yenidən tikmək, modernləşdirməyə zərurət var. Bununla bağlı bir sıra tövsiyyələr verilib. Lakin, bu da probelmi kökündən həll etməyəcək. Əvvəldən avropa standartları nəzərə alınacaq yeni cəzaçəkmə müəssisəsələri tikilməlidir. Başçəkmə-monitorinqin nəticələri barədə rəy hazıarlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA