Daha bir iz adamı ofisində qətlə yetirildi

img

10-08-2011 [11:58]


Azərbaycanda daha bir iş adamı ofisində qətlə yetirilib. Nərimanov Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən 66 yaşlı Qəhrəman Cəlilov işlədiyi ofisdə bıçaqlanıb. Ağır bıçaq xəsarətləri ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilən yaralı orada ölüb. Hadisə metronun "Gənclik" stansiyasının yaxınlğında, F.X.Xoyski 81 ünvanında yerləşən ev alqı-satqı ofisində baş verib. Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, təxminən bir ay əvvəl Nərimanov ərazisində daha bir iş adamı otağında killer tərəfindən qətlə yetirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA