"Azpetrol"dakı partlayızda 4 nəfər həlak olub, 15 nəfər yaralanıb

img

09-08-2011 [04:10]


Bu gün saat 15 radələrində Hacıqabul rayonu ərazisində, Bakı-Qazax yolunun, Padarçöl kəndi ərazisindən keçən hissəsində yerləşən ?Azpetrol? yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Hacıqabul rayon Polis Şöbəsindən bildirilib ki, yanacaqdaşıyan maşından məntəqənin bazasına benzin vurularkən qəfil yanğın başlayıb və partlayış olub. Nəticədə yanacaq daşıyan maşın ikiyə bölünüb. Həmin vaxt məntəqədə yanacaq götürən bir neçə minik avtomobili, həmçinin içi sərnişinlə dolu avtobus alışıb. İlkin məlumata görə, 30 nəfərə yaxın yaralı var. Ölənlərin olduğu da istisna edilmir. Yoldan keçən maşınlar dayanaraq yaralılara kömək etməyə çalışırlar. Əraziyə çoxsaylı təcili yardım və yanğınsöndürmə maşınları göndərilib. Fövqəladə Hallar Nazirliyi ?Azpetrol? yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlik bildirib ki, FHN-ə Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə məlumat daxil olub. Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanacaqdoldurma məntəqəsi və ərazidə olan yanacaqla dolu çənlər, həmçinin, yaxınlıqda dayanmış 1 yanacaq daşıyan yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən saat 15:57-də söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb, 7 avtomobil yanıb. Hazırda ərazidə müvafiq işlər görülür. Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA