Türkiyə və Dubaya qadın aparanlar tutuldu

img

04-08-2011 [11:47]


Azərbaycan qadınlarını Türkiyə və Dubaya apararaq cinsi istismara məruz qoyan 4 nəfər həbs edilib. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildirilib. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aybəniz Kadıoğlu, Nübar Quliyeva, Sumqayıt şəhər sakini Bahar Haqverdizadə və Qazax rayon sakini Aynur Əliyeva insan alveri ilə məşğul olaraq cinsi istismar məqsədilə qadınları Türkiyə və BƏƏ-nin Dubay Əmirliyinə aparması faktına görə tutulublar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA