Bakıda oğul atasını amansızlıqla qətlə yetirdi

img

02-08-2011 [11:25]


Bakının Nərimanov rayonunda dəhşətli qətl hadisəsi olub. Rayon Prokurorluğundan verilən məlumata görə, bu gecə saat 01:00 radələrində Ataturk prospektində yerləşən mənzillərdən birində yaşayan Rəcəb Şümalov mübahisə zamanı Cahandar Şümalovu mətbəx bıçağı ilə qətlə yetirib. C.Şümalov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qətli törədən R.Şümalov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA