ismayıllıda yanğın; 3 helikopter hadisə yerinə göndərilib

img

27-07-2011 [05:39]


Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonu ərazisində başlamış güclü yanğın hadisəsi ilə bağlı məlumat yayıb. FHN-dən verilən məlumata görə, Əyyubbəyli kəndi ərazisində quru ot, kol-kos və xırda ağacların yanması və yanğının genişlənərək meşə zolağına keçməsi təhlükəsinin yaranması barədə məlumat daxil olub. Yanğının dağlıq ərazidə olmasını nəzərə alaraq, dərhal Nazirliyin 200 nəfərə yaxın canlı qüvvəsi və 11 ədəd texnikası, o cümlədən 3 helikopteri hadisə yerinə cəlb edilib. Hazırda 3-4 ha sahəni əhatə edən yanğınla mübarizə davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA