Bakıda dövriyyəyə saxta pul buraxmaq istəyən dəstə tutulub

img

12-07-2011 [02:03]


Bakıda külli miqdarda saxta əsginası dövriyyəyə buraxmaq istəyən dəstə ifşa olunub. Bu barədə MİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, metronun ?Məşədi Əzizbəyov? stansiyasının yaxınlığında Cəlilabad şəhər sakini Səxavət İsmayılov, Bakı şəhər sakinləri Kamran Ələkbərov, Mirzəbala Ağayev və Bəhruz Bayramov 600 ədəd 100 manatlıq saxta əsginası 20 000 ABŞ dollarına satarkən saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA