Bakıda tikinti zirkətinə silahlı basqın: təsisçi qətlə yetirilib, mühasib yaralanıb

img

11-07-2011 [05:51]


Bu gün Bakı şəhəri, Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən hündürmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən ofisə silahlı basqın olub. Şahidlərin verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hazırda Nərimanov rayon polis idarəsi, prokurorluq əməkdaşları, Bakı Şəhər Baş prokurorluğunun yüksək rütbəli nümayəndələri hadisə yerində araşdırma aparırılar. Hadisəni törədən şəxsin və ya şəxslərin kimliyi araşdırılır. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, adıçəkilən ofis tikinti şirkətlərindən birinə məxsus olub. İlkin ehtimala görə, yaralanan da ofisin sahibi İbrahim, ölən isə onun müavini Əflatun adlı şəxsdir. Hadisə yerində olan ANS PRESS əməkdaşının əldə etdiyi məlumata görə, hadisə saat 12:30 radələrində qeydə alınıb. Qətlə yetirilən isə ?Azər-Ross İK? MTK-nın təsisçisi Əflatun Yasin oğlu Piriyevdir. O, güllə yarasından keçinib. Yaralanan isə şirkətin baş mühasibi, 1944-cü il təvəllüdlü, Naxçıvan şəhər sakini Əmiraslan Allahverdi oğlu Əhmədovdur. O, qarın nahiyəsindən güllə yarası alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA