Bir gündə 5 nəfər suda boğulub

img

07-07-2011 [02:04]


Şəmkir sakini Kür çayında batıb. Fövqəladə Hallar Nazirliyinin saytının yaydığı məlumata görə, 1990-cı il təvəllüdlü Rahib Zöhrab oğlu Abbasovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb. Məlumatda, həmçinin bildirilir ki, Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2 nəfərin, habelə Xəzər dənizinin nəzarətsiz ərazisində batdığı ehtimal olunan daha 2 nəfərin axtarışlarına FHN-in dalğıc-xilasediciləri cəlb edilib. Dənizin nəzarət olunan və nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər isə FHN əməkdaşları tərəfindən xilas edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA