Bank rəhbəri ağır yol qəzasına düzdü, 4 nəfər öldü

img

02-07-2011 [11:36]


Qax rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, iyulun 1-də gecə saatlarında Cəlairli kəndi ərazisində baş verən qəzada 4 nəfər ölüb. Yol qəzasında ?Lexus" və ?VAZ-2106? markalı avtomobillər toqquşub. ?Lexus? markalı maşın ?Dəmirbank?ın Zaqatala rayon filialının rəhbəri 35 yaşlı Aqil Nəsirova məxsus olub. Qəza zamanı Aqil Nəsirov, onun sürücüsü Mustafa Nurullayev və "VAZ-2106"da olan 2 nəfər ölüb. A.Nəsirov Kürdəmir rayonunda kiçik toy mərasimindən qayıdırmış. Milli.Az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA