idman Akademiyasında qanlı hadisə

img

21-06-2011 [01:17]


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bədən Tərbiyəsi və İdman Akademiyasının həyətində Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü tələbə Hüseynqulu Bağırzadə bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, H.Bağırzadə həmin gün ali məktəbə imtahana gəlibmiş. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlanması barədə isə hələlik məlumat yoxdur. Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA