Yol Polisinin 13 əməkdazı izdən qovuldu

img

20-06-2011 [07:41]


Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasında verilən tapşırıqlarla əlaqədar yanvarın 29-da Daxili İşlər Nazirliyində Tədbirlər Planı hazırlanaraq müvafiq göstərişlə icraya yönəldilib. Habelə 2011-ci il fevralın 7-də daxili işlər nazirinin yanında keçirilmiş əməliyyat müşavirəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi haqda konkret tapşırıqlar verilib. Bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər keçirilməsinə, müsbət nəticələrin əldə olunmasına baxmayaraq, təəssüf ki, mövcud nöqsanlar tam aradan qaldırılmamışdır və korrupsiya hüquqpozmalarına meylli polis əməkdaşlarına hələ də rast gəlinir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MIA-ya daxil olan məlumatda bildirilib. Qeyd olunub ki, Tədbirlər Planının icrası ilə əlaqədar bu günlərdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub, habelə tabelikdəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiklərinə görə 1 taqım komandiri tutduğu vəzifədən azad edilib, həmin Alayın 4 vəzifəli şəxsi barəsində isə ciddi intizam tədbirləri görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA