Bakı polisi və prokurorluğu birgə məlumat yaydı

img

19-06-2011 [11:41]


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) və Bakı Şəhər Prokurorluğu İctimai Palatanın bu gün paytaxtın ?Nərimanov? parkına təyin etdiyi razılaşdırılmamış aksiya ilə bağlı birgə məlumat yayıb. BŞBPİ-dən verilən xəbərə görə, açıqlamada bildirilir ki, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyalarının üzvləri 2011-ci il iyunun 19-da paytaxtın müxtəlif yerlərində toplantıların təşkili və keçirilməsi qaydasını və ictimai asayişi pozan hərəkətlərə yol veriblər. Əksəriyyəti Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri olan bu qanunsuz aksiyanın iştirakçıları saat 17.00-dan başlayaraq ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, şəhər nəqliyyatının normal fəaliyyətini pozub, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərib, xırda xuliqanlıq əməlləri törədiblər. Görülmüş tədbirlərlə ümumi sayı 80 nəfərədək olan aksiya iştirakçılarından toplantıların keçirilməsi qaydasını pozmuş, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama və xırda xuliqanlıq xətaları törətmiş 23 nəfəri saxlanılıb. Onların əməlləri qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün sənədləşdirilərək 10 nəfər barədə toplanmış materiallar aidiyyəti məhkəmələrə göndərilib, daha 13 nəfər haqda ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA