Şəkidə hərbi qulluqçu özünü asdı

img

19-06-2011 [04:46]


Bu gün səhər saatlarında Şəki şəhərində intihar hadisəsi baş verib. Şəki şəhər Prokurorluğunun müstəntiqi Təbriz Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, 2 uşaq atası 1983-cü il təvəllüdlü hərbçi Anar Məhərrəmov özünü yaşadığı evin həyətindən asıb. ?Bizə bu barədə səhər məlumat verilib. Anar Məhərrəmov N saylı hərbi hissədə xidmət aparırdı, hərbi qulluqçu idi. İntiharın səbəbləri araşdırılır. Mərhum evlidir və 2 azyaşlı uşağı var?, - deyə Təbriz Qurbanov qeyd edib. O bildirib ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi açılıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA