Ramil Usubov əmri verdi

img

17-06-2011 [01:10]


Daxili işlər naziri Ramil Usubov Bakının Yasamal rayonunda ABŞ vətəndaşı Amanda Erikson və və Böyük Britaniya vətəndaşı Silya Devisin döyülməsi faktının araşdırılmasını şəxsi nəzarətdə saxlayır. Məlumata görə, isə hadisə ilə bağlı müvafiq orqanlar araşdırmalar aparır, qanun çərçivəsində bütün tədbirlər görülür. Cinayəti törətmiş şəxslərin müəyyənləşdirərək məsuliyyətə cəlb olunması üçün addımlar atılır. Hadisənin xuliqanlıq zəminində törədilməsi ilə yanaşı bunun bir sira qüvvələrin təxribatı olduğu da istisna edilmir. Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində təhqiqat aparılır. Faktla bağlı "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi qaldırılıb. Xatırladaq ki, hər iki şəxs döyülmələri ilə əlaqədar polisə müraciət ediblər. Onlardan biri, Silya Devisin sağ qolu sınıb. Digər döyülən Amanda Erikson bir müddət ?New-york Times? qəzetində çalışıb. Hazırda isə Bakı Slavyan Universitetində jurnalistikadan dərs deyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA