Bakı avtovağzalının zöbə müdiri tutuldu

img

16-06-2011 [12:00]


Bakıda bir neçə nəfəri aldadaraq, onlara obyekt satan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, bu, Cinayət axtarış İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub. Saxlanılan şəxs AR CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə axtarışda olan Qəşəng Quliyeva adlı qadındır. Məlumata görə, tutulan qadın bir müddət Bakıda yeni tikilən Beynəlxalq Avtovağzal Kompleksindəki Ticarət Mərkəzinin inzibati şöbə müdiri olub. Kompleksin tikintisi başa çatdırılan vaxt orada yerləşən onlarla mağazanı 1000 manata satıb. Sonra isə həmin şəxslərin adlarına sənədləşdirilən mağazalar 35-40 min manata başqa sahibkarlara satılıb. Q.Quliyeva həmin fırıldaqçılığın iştirakçısı olmaqda və külli miqdarda ziyan vurmaqda şübhəli bilinərək polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA