Füzuliyə leysan və dolu düzdü; aləm bir-birinə dəydi(yenilənib)

img

06-06-2011 [11:27]


Dünən axşam saat 22 radələrində Füzuli rayonunda leysan və dolu yağması nəticəsində təbii fəlakət baş verib. MİA-nın məlumatına görə, əsasən Horadiz şəhərində baş verən hadisə nəticəsində rayona külli miqdarda zərər dəyib. Aldığımız məlumata görə, rayonun kənd təsərrüfatına ciddi ziyan dəyib. Horadizdə yeni çəkilmiş hasarları, asfalt örtüyünü sel suları yuyub aparıb. Dolu yağan zaman xeyli sayda avtomoboə də ziyan dəyib. Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. İlkin məlumatlara görə, fəlakət nəticəsində 1000-dən artıq yaşayış evi, idarə, müəssisə və təşkilat binaları ciddi ziyan çəkib, ağaclar sınıb, küçələr sel suları ilə dolub. Özəl və dövlət avtomobilləri, elektrik xətləri sıradan çıxıb, yüzlərlə mal-qara tələf olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA