Bakıda evə silahlı basqın ediblər

img

27-05-2011 [11:04]


Mayın 27-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, 3 nəfər naməlum şəxs saat 00.00 radələrində Qaraçuxur qəsəbə Y.Əliyev küçəsi 2/2-də yaşayan Məhəmməd Eminovun evinə soxulub. Bıçaqla silahlanmış quldurlar ev sahibi və ailə üzvlərinin qollarını bağlayaraq pulların yerini soruşublar. Evdə olan 1000 manatı götürdükdən sonra həmin şəxslər aradan çıxıblar. Hazırda quldurluq əməlini törədən şəxslərin axtarışları davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə iş başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA