Əfv edilənlər həbsxanalardan evə buraxılırlar

img

27-05-2011 [10:54]


Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən verilən məlumata görə, bu gün səhərdən etibarən əfv edilənlər cəzalarının çəkilməmiş hissəsindən azad edilir, cəzaçəkmə müsəssisələrindən evə buraxılırlar. Ölkə başçısının əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 70 nəfər, azadılığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 4 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib. Cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında tanınmış məhkumlar - Eynulla Fətullayev, Eldəniz Lahıcov, Müşfiq Mədətov, Anar Namazov da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA