2 aprel məhbusuna yeni ittiham irəli sürülüb

img

26-05-2011 [12:03]


2 aprel aksiyasına görə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən Elnur İsrəfilova mayın 25-də yeni ittiham irəli sürülüb. ctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməkdə ittiham olunan gözdən əlil Elnur İsrəfilov aprelin 27- də həbs edilib. Səbael rayon məhkəməsinin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Vəkilin sözlərinə görə, mayın 25-də Bakı İstintaq Təcridxanasında Elnur İsrəfilova Cinayət Məcəlləsinin 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yeni ittiham elan olunub. İstintaq qrupu ?Lider? televiziyasında gedən bir kadrı əsas götürüb. Yalçın İmanovun sözlərinə görə, həmin kadrda Elnur avtobusa təpik atdığını, özünü qismən təqsirli bildiyini və əməlindən səmimi peşman olduğunu deyib. ?Lakin mən bu ittihamla razı deyiləm. Müdafiə etdiyim şəxs bu ifadəni psixoloji təzyiq altında verib?- deyə vəkil bildirib. 186.1-ci maddəyə görə, yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Mayın 2-də Bakı Apellyasiya Məhkəməsi Elnur İsrəfilov barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilmiş şikayəti, mayın 24-də isə Səbail Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması haqda vəsatəti təmin etməyib. İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı 14 nəfər barəsində cinayət işi açılıb. Onlardan 13 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib, bir nəfər isə polis nəzarətindədir. Onlardan 3 nəfəri barəsində verilən iki aylıq həbs qətimkan tədbiri isə daha iki ay uzadılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA