Restoranda qətl hadisəsi baz verib

img

21-05-2011 [02:04]


Azərbaycanın Şabran şəhərində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, hadisə mayın 20-də saat 21.30 radələrində Şabran şəhərindəki "Savalan" restoranında qeydə alınıb. Orada işləyən şəhər sakini 1976-cı il təvəllüdlü Samir Qəniyev sərxoş halda münaqişə zəminində 1979-cu il təvəllüdlü İlham Quliyevi bıçaqla qətlə yetirib. Şabran rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qəniyev tutulub. Prokurorluq tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA