ETSN 13 sahibsiz balıqçı qayığı azkar edib

img

20-05-2011 [10:51]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən (ETSN) Salyan və Neftçala rayonları ərazisində Mil-Muğan və Baş Şirvan kollektorlarının Xəzər dənizinə çıxış hissəsinə yaxın yerlərdə keçirilmiş reydlər zamanı 13 sahibsiz qayıq və 15 ədəd tor aşkar edilib. ETSN-in mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, Mil-Muğan və Baş Şirvan kollektorlarında qanunsuz olaraq balıqların ovlanması ilə bağlı şikayəti yerində araşdırılması zamanı aşkar olunmuş qayıqların sahiblərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qanunu pozmuş vətəndaşlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi sahəsində işlər davam etdirilir. Baş Şirvan kollektorunun Bakı şəhərinin Qaradağ rayonu ərazisində keçirilən növbəti reyd zamanı isə Salyan rayonu Qarabağlı kənd sakini Zülfü Nuriyev torla qanunsuz balıq tutarkən nazirliyin əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada məsuliyyətə cəlb olunub. Nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA