Sumqayıtın hərbi komissarı həbs olundu

img

19-05-2011 [11:23]


Sumqayıt şəhərinin hərbi komissarı polkovnik Samir Məmmədov həbs olunub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, işində yol verdiyi nöqsanlara görə, S.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. S.Məmmədov barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanılıb. S.Məmmədov barəsində cinayət işinin başlanması və istintaq aparılması xəbərini Bakı Hərbi Məhkəməsindən təsdiqləyiblər. Qeyd edək ki, bundan əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının hərbi komissarları da aparılan yoxlamalar nəticəsində həbs olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA