Gəncədə polis kapitanı həmkarını qətlə yetirdi

img

17-05-2011 [04:20]


Azərbaycanın Gəncə şəhərində qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün saat 14.00 radələrində Gəncə şəhərinin Avtozavod adlandırılan ərazisində qeydə alınıb. Kəpəz Rayon Polis Şöbəsinin sahə müvəkkili, polis kapitanı İnqilab Sadıqov münaqişə zəminində onunla birgə xidmətdə olan qohumu, polis serjantı Mehdi Həsənovu qətlə yetirib. Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA