23 yazlı hamilə qadin 5-ci mərtəbədən yıxılaraq öldü

img

16-05-2011 [11:39]


Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə dünən saat 21:15 radələrində 4-cü mikrorayonda yerləşən 7 saylı yataqxanada qeydə alınıb. 23 yaşlı Almaz Mirələm qızı Qəmbərova yataqxananın 5-ci mərtəbəsində, yaşadığı 132 saylı mənzilin eyvanından paltar asarkən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Hamilə olduğu bildirilən A.Qəmbərova elə hadisə yerində ölüb. Faktla bağlı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA