20 yazlı qadın ərini yatdığı yerdə öldürüb

img

13-05-2011 [10:57]


Bu gecə saat 02.00 radələrində Bakıda dəhşətli qətl hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi 28/1 ünvanında, orada kirayə yaşayan 1991-ci ildə Gədəbəydə anadan olmuş Cəfərova Ülviyyə Yusif qızı Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Rəhimov Namiq Natiq oğlunu öldürüb. 20 yaşlı Ü.Cəfərova qeyri-rəsmi nikahda olduğu N.Rəhimovu yatdığı yerdə bıçaqlayıb. O, mətbəx bıçağını yatmış N.Rəhimovun ürəyinə sancıb. İkinci aldığı xəsarətdən yerindəcə keçinib. Hadisənin konkret səbəbi bilinmir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA