12-05-2011 [10:50]
Penitensiar xidmətinin 15 saylı CÇM-ə cəza çəkən məhkum Said Ələkbər oğlu Dadaşbəyli Azərbaycan Respublikası Prezidenti İlham Heydər oğlu Əliyevə ikinci dəfə müraciət edib.
Müraciətdə bildirilir:
Zati-Aliləri!
Yenidən Sizə müraciət edərək məlum edirəm ki, ACD ?i hakimi Ənvər Seyidovun sədirliyi ilə 10.12.2007-ci il tarixində A- 1077 saylı hökmə əsasən mən, Said Dadaşbəyli 2006-cı ilin axırlarından 13 yanvar 2007-ci il tarixinə qədər Azərbaycanda Dövlət çevrilişi etmiş və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etmişəm. Mən hər bir müraciətlərimi bu fikirlərlə başlamaq məcburiyyətindəyəm və əsas olaraq aşağıdakıları göstərirəm.
a)Müraciətim KİV-in səhifələrilə Sizə ünvanlandığı üçün oxucularada aydınlıq olsun deyə məlum edirəm ki, əsl həqiqətdə hamıya məlumdur ki, 2006-2007 ci il tarixində dövlət çevrilişi baş verməmişdir.
b)Said Dadaşbəyli yalnız hakim Ənvər Seyidov sədriliyi ilə qəbul edilmiş 10
dekabr 2007-ci il tarixi hökmə əsasən məlum zaman çərçivəsində Azərbaycan Respublikasının Prezidenti vəzifəsini daşımışdır.
v)Azərbaycanda Dövlət Çevrilişi etmək və hakimiyyəti ələ almaq
üçün 15 nəfər hərbi xidmət keçməmiş, gəncin bir yerə yığılması yetərlidir və bu cür uydurma ancaq hakim Ənvər Seyidov tərəfindən icad edilə bilər və s.
Cənab Prezident!
Əvvəlki müraciətimdə göstərilən halları və Azərbaycan Dövlətinin adından qəbul edilməklə bizim taleyimizi həll etmiş, heç bir məntiqə sığmayan, heç bir insani təfəkkürü ilə nizamlanmayan 20.12.2007-ci il tarixli hökmün digər məqamlarından danışmaq istəyirəm. Bizim həbsimiz üçün əsas sayılan və qanunsuz olaraq həyata keçirilən telefon danışıqlarının məzmunundan məlumat vermək aşağıdakıları nəzərinizə çatdırıram ki, həbs olunan insanlar öz apardıqları telefon danışıqlarında nəinki dövlət əleyhinə, heç siyasətdən belə söhbət getmir. Biz hamımız 26-31 yaşında gənc insanlar olaraq işimizdən, biznes fəaliyyətimizdən, əyləncələrdən, ailə qayğılarından danışmışıq. Yuxarıda qeyd etdiyim kimi bizi həbs etmək üçün istintaq materiallarında əsas sübut kimi istifadə olunan bu hallar hakim Ənvər Seyidov tərəfindən məhkəmə prosesində müzakirə edilmək üçün şərait yaradılmadı. İstinaq zamanı məruz qaldığımız fiziki təzyiqlər altında bu halları müzakirə etmək mümkün deyildi, lakin məhkəmə araşdırmasında vəkillərimizin iştirakı ilə məhkəmə tərkibi qarşısında vəsatət qaldırıldı ki, bu telefon danışıqlarının məzmunu nədən ibarətdir ki, 15 nəfər Dövlətə Xəyanət, Dövlət Çevrilişi kimi xüsusilə ağır cinayətlərinin tərkibini yaratsın? Bu adı çəkilən telefon danışıqları qeyd etdiyim kimi altı ay aparılan məhkəmə prosesində lüzumsuz sənəd kimi nəzərə alınır, lakin cəza təyin edilərkən hakim Ənvər Seyidov sübut kimi müzakirə etmədiyi bu hallardan istifadə edir. Başqa bir halda həbsimizə qədər yenə qanunsuz bir yolla bizim dostlarla birlikdə işdən sonrakı asudə vaxtımızı keçirdiyimiz çayxana, kafe, restoran və s əyləncə yerlərində ki görüntülərimizi lentə alınır və dövlət çevrilişinin planlarını müzakirə edirik adı altında sübut kimi istifadə edilir. Heç bir məntiqə söykənməyən bu hall aşağıdakı sualları doğurur:
_ Ictimai yerdə dövlət çevrilişi planını hazırlamaq adı altında istifadə edilən görünüşlər: çəkilişində göstərilən insanların səsi eşidilmir, belə olanda söhbətin nədən getdiyini kim və hansı üsulla müəyyən edilmişdir?
- Azərbaycan Dövlətinin talehini ictimai yerdə görüşən 10 nəfər gənc insan tərəfindən həll edilməsi anlayışı nə dərəcədə ciddi səslənir?
- Məhkəmədə müraciət olunan hallardan vacib hesab edilən hissəsi ondan ibarətdir ki, biz İran İslam Respublikasının ? Sepah? xüsusi xidməti olaraq quya əməkdaşlıq etmişik.Quya Xüsusi xidmət orqanlarından pul almışık. Bəs nə səbəbdən belə bir ciddi işlə məşhul olan təşkilata havadarlıq edən ?Sepah? bizi hansısa qeyri-yaşayış sahəsi ilə təmin etmir?
- Hakim Ənvər Seyidovun sədriliyi ilə qəbul edilmiş 10.12.2007-ci il tarixli hökmünün məzmunundan bəlli olur ki, bizlərə məxsus kompyuterlərin yaddaşında Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrə məxsus şirkətlərin siyahısı, telefon nömrələri, ünvanları mövcud olmuşdur və bu bir daha sübut edir ki, bu materialları bir İİR-ın ?Sepah? xüsusi xidmət orqanına vermək üçün toplamışıq. Məhkəmədə biz sübuta yetirdik ki, bu məlumatlar internet səhifələrində Azərbaycan Dövlətinin Şəbəkəsi tərəfindən işlənib hazırlanıb və bütün dünya təcrübəsi bu formada qurulub, hakim Ənvər Seyidov bu halda da məlum saxta halları ittiham aktından çıxarmağı vacib bilmədi.
Zati-Aliləri!
Yuxarıda qeyd etdiyim kimi həbs edilən 15 nəfərdən dəqiq 10 nəfəri heç birimiz hərbi xidmətdə olmamışıq, lakin həbs edilənlərin mənzillərindən çox saylı hərbi sürsat tapılıb. Əvvəlcə qeyd etdim ki, bu silah-sürsat əməliyyatçılar tərəfindən bizim mənzillərə gətirilmiş və özləri tərəfindən tapılıb aparılmışdır. Əsas məqsəd tapılmış silah-sürsat deyil, məqsəd həmin silah-sürsatın əl izlərinin yoxlamaq üçün ekspertizaya aparılmamışdır.Nəzərinizə çatdırıram ki, mən Dadaşbəyli Said 2006-cı ilin axırlarından 13 yanvar 2007-ci il tarixinə qədər Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini quya İcra etmişəm və bu zaman hakimiyyəti zorla, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmişəm. Lakin tapılan silah-sürsatdan bir dəfə də olsun belə istifadə etməmişik, həm istintaq, həmçinin məhkəmə istintaq təstiq edir ki, bizim mənzillərdən tapılan silah-sürsatdan istifadə olunmayıb. Lakin Ənvər Seyidov Dövlətin adından qəbul edilmiş normativ aktla təstiq edir ki, biz 15 nəfər insan Sizi möhtərəm Prezident hakimiyyətdən uzaqlaşdırmışıq, müvəqqəti hakimiyyəti ələ almışıq, lakin bu zaman silah-sürsatdan istifadə etməmişik. Bütün bu fikirlər ziddiyətlidir və aşağıdakı sualları cavabsız qoyur.
- 2006-cı ilin axırlarından 13 yanvar 2007-ci il tarixinə qədər zaman çərçivəsində Azərbaycan Respublikasında baş tutmuş dövlət çevrilişi vaxtı Said Dadaşbəyli Prezident aparatında əyləşməklə dövləti idarə etmişdirsə, Siz Cənab Prezident İlham Əliyev harada olmuşdunuz?
- 2006- cı ilin axırlarından 13 yanvar 2007-ci il tarixində mən Dadaşbəyli Said Azərbaycan Respublikası Prezidenti olduğum zaman çərçivəsində fəaliyyət göstərmişəmsə, hansı fərman, sərəncam imzalamışam? Hansı dövlət məmurlarını işdən azad etmiş və öz komandamı yığmışam?
- 2006-cı ilin axırlarından 13 yanvar 2007-ci il tarixinə qədər dövlətçiliyimizi tamam hamsı inzibati qurum:
- Müdafiə Nazirliyi
- DİN-in daxili qoşunları
- MTN-in xüsusi dəstəsi
- Prezident qvardiyası və s.
15 nəfərdən ibarət bizim qruppaya müqavimət göstərmiş və bu zaman silahlı toqquşma mövcud olmamışdırsa, kimlər həlak olmuş, kimlər yaralanmış və ən nəhayət bizdən tapılan silahlardan niyə istifadə olunmayıb, istifadə olunubsa nə səbəbdən bu barədə ekspertizanın rəyi yoxdur?
- 2006-cı ilin axırlarından 13 yanvar 2007-ci il tarixinə qədər zaman çərçivəsində 15 nəfər həbs edilən insanların hamısı öz iş yerlərindən, o cümlədən mən, Said Dadaşbəyli əmək haqqı almışıq və mənə ödənilən əmək haqqı Azərbaycan Respublikası Prezidentinin vəzifəsinin əmək haqqını almalı idim.
Azərbaycan-Amerika birgə müəssəsində təchizat üzrə koordinator əmək haqqını almışam.
Möhtərəm Cənab İlham Əliyev!
Bütün yuxarıda yazılanlar çox vacib bir sual doğrur.
- Mövcud olmayan hadisələri yaratmaq ya bəzəməklə, don geyindirmək kimə lazımdır?
Istintaq zamanı fiziki təzyiqlərə tab gətirməyib öldürülən, fiziki təzyiqlər altında ifadə verən insanları sevdikləri Vətənə qarşı vətənə xəyanət cinayəti törətmək kimi xüsusilə ağır cinayətdə ittiham etmək kimlərə lazım idi?
Zati-Aliləri!
Mən Sizə əvvəlki müraciətlərimizdə məlumat vermişdim ki, Kanada dövlətində daimi yaşayış hüququm var, ailəliyəm iki az yaşlı övladım var, bir neçə xarici dil bilirəm. İstənilən dövlətin ərazisində işləmək və yaşamağa şanslıyam. Lakin gənc insan olaraq Vətənə xidmət anlayışı hər bir anlayışdan önəmlidir, səmimiyyətimə inanın.
Cənab Prezident!
Növbəti müraciətdə maddi hüquq pozuntularından yazmaqla, Sizə hakim Ənvər Seyidovun növbəti qanunsuz əməlləri barədə məlumat veriləcək. Böyük ümüdlərlə.
Məktuba olan əlavə:
Said Dadaşbəylinin Kanada ölkəsinin oturumu haqda sənədin surəti
Hörmətlə,
Said Dadaşbəyli