Bəxtiyar Hacıyevin atası Ramil Usubovla görüzüb

img

07-05-2011 [05:18]


Mayın 7-də həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin atası İlyas Hacıyev Daxili İşlər naziri Ramil Usubovun qəbulunda olub. İ.Hacıyev MIA-ya bildirib ki, görüşdə polisin oğluna fiziki zorakılıq etməsindən, cinayət işinin əsassız olması barədə məlumat verib. ?Xahiş etdim ki, hüquq müstəvisində ölçü götürülsün. Bu zorakı hərəkətlərə görə onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirəm. Dedim ki, hüquq müstəvisində nə lazımdırsa, onu edəcəyəm. Ölkə daxilində bu məsələ həllini tapmasa, vəkillər vasitəsilə Avropa Məhkəməsinə müraciət edəcəyik. O da çox səmimi qəbul etdi, bir sıra məsləhətlər verdi. Nazir dedi ki, bu, mənfi haldır və bu haqda tədbir görməyə çalışacaq?- deyən İ.Hacıyev ümid edir ki, nazirlə görüş öz bəhrəsini verəcək. Qeyd edək ki, gənc fəal B.Hacıyev hərbi xidmətdən yayınmada ittiham olunur. Məhkəmə aprelin 8-də onun barəsində müddətsiz həbs-qətimkan tədbiri seçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA