?Lexus? traktora çırpıldı, sürücü öldü

img

07-05-2011 [01:15]


Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə mayın 7-si gecə saat 01:00 radələrində qeydə alınıb. Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində, Ağcabədi rayon sakini Natiq İsmayılov idarə etdiyi ?Lexus? markalı avtomaşını qarşıda gedən kənd sakini Camal Əmiraslanovun idarə etdiyi "T-28" markalı traktorun qoşqusuna vurub. Nəticədə N.İsmayılov hadisə yerindəcə dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA