Ötən il Azərbaycanda insan alverinə dair 70 fakt azkarlanıb

img

05-05-2011 [01:53]


Ötən il Azərbaycanda insan alveri ilə bağlı 70 fakt aşkar edilib. 39 şəxsə cinayət işi açılıb, 34 insan alveri qurbanı aşkarlanıb. Bu rəqəmi Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov ?Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi?nə həsr olunmuş mətbuat konfransında açıqlayıb. O bildirib ki, ötən il insan alveri qurbanlarına verilən birdəfəlik yardım 33 manatdan 200 manata qaldırılıb. Onlara həkim və psixoloq yardımı edilib, sığınacaqla təmin olunublar. Ötən il insan alverinin qurbanları üçün açılmış ?Qaynar xətt?ə 13699 zəng daxil olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA